Xəbər verdiyimiz kimi, Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) saxlanılması ilə bağlı xəbər yaysa da, daha sonra “Quli”nin deyil, ona qarşı sui-qəsd hazırlayanların (2016-cı il 18 avqust tarixində İstanbulda qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin (Canıyevin) adamları) tutulduğu bildirilib.
Unikal.org xəbər ki, tutulanlar arasında kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımov da var.
E.Qasımov və digər mafiya üzvlərinin tutulmasına səbəb İstanbuldakı restoranların birində törətdikləri cinayət olub. Belə ki, sözügedən restoranda Emin Naxçıvanski Lotu Qulinin dayısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlayıb. Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.
HADİSƏ BAŞ VERƏN RESTORAN!
O, təcili xəstəxanaya çatdırılıb.
Türkiyə hüquq-mühafizə orqanları apardıqları araşdırma nəticəsində cinayəti Emin Naxçıvanski və onun dəstəsi tərəfindən törədildiyi video görüntülərlə sübuta yetirib.
Sözügedən görüntülər əsasında Maqa Rustavskini bıçaqlayanların kimliyi müəyyənləşdirdikdən sonra onların yaşadıqları ünvanda əməliyyat keçirilib.
Nəticə də dəstə üzvlərindən 11 tapança, tüfəng və 222 güllə ələ keçirilib. Saxlanılanlardan 9-u Azərbaycan, 1-i Rusiya, 2-i Ukrayna, 5-i Gürcüstan vətəndaşıdır. Onların arasında “Kvejoviç” ləqəbli “vor zakon” Quram Çixladze də var.