Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb.
İki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.