Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Famil Fərhadoğlu