Bakıda evdən 28 min manat aparılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıb.