Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyada yayılan koronavirus epidemiyası səbəbiylə yüzlərlə insan həyatını itirməyə davam edir. Fövqəladə səfərbərliyin elan olunduğu şəhərdə çinlilər maska taxaraq tədbirlər görməyə çalışırlar.
Unikal.org-un məlumatına görə, səfərbərliyin elan olunduğu şəhərdə gəzintiyə çıxan bir qadın maska taxmadığı üçün polis tərəfindən döyülüb.
Saçından tutularaq yerdə sürüklənən qadının görüntüləri tez bir zamanda sosial şəbəkədə baxış rekordu qırıb.
Gülayə Mecid