"YAP 20 il ərzində Azərbaycan dövlətinin və xalqının inkişafı üçün müstəsna xidmətlər göstərib"
14:13 06-11-2012
CƏMİYYƏT
"YAP 20 il ərzində Azərbaycan dövlətinin və xalqının inkişafı üçün müstəsna xidmətlər göstərib"
"Yeni Azərbaycan Partiyasının şərəflə keçdiyi 20 il ərzində Azərbaycan dövlətinin və xalqının inkişafı üçün müstəsna xidmətlər göstərib". Hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, buna baxmayaraq qarşıda partiyanı daha böyük və məsuliyyətli vəzifələr gözləyir: "Hakim partiya 20 il bundan əvvəl üzərinə qoyduğu vəzifəni şərəfli yerinə yetirdiyi kimi bundan sonra da Azərbaycanın inkişafına yüksəlişinə yönəlik şərəfli bir vəzifəni yerinə yetirmək iqtidarındadır. Hər bir vətəndaş ölkəsinə elə bir insanın rəhbərlik etməsini arzulayırıq ki, bu rəhbərlik bütövlükdə dövlətin qüdrətinin artmasına xidmət etsin. Bu fəlsəfə, yanaşma bütövlükdə İlham Əliyevin Azərbaycana rəhbərliyinin ideoloji əsasını təşkil edir. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bu həqiqətləri dərk edir və yüksək qiymətləndirir. Ona görə də qarşıdan gələn növbəti prezident seçkilərində yenə də Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevi özünün namizədi kimi görür. Güman edirəm ki, 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşları yenidən prezident İlham Əliyevə səs verməklə 20 il ərzində davam edən inkişaf, yüksəliş strategiyasının növbəti illərdə də davam etməsinə təminat vermiş olacaqlar".
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39