Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 5-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.