Qubada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayonun Birinci Nügədi kənd sakini, 2001-ci il təvəllüdlü Mətləb Bəşarət oğlu Şükürov atası 1959-cu il təvəllüdlü Bəşarət Şükürovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Fakta bağlı araşdırma aparılır.

Qeyd edək ki, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirib.

10:38

***

10:55

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

Birinci Nügədi kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.

Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır”, - bələdiyyə sədri Babək Orucov saytımıza açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.