Binəqədi və Qardağ rayonlarında narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ Post Patrul Xidməti rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəxsi gecə saatlarında aşkarlayaraq, 43-cü Polis Bölməsinə təhvil veriblər.
Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran, Mingəçevir şəhər sakini, əvvələr CM-nin 331-ci maddəsi ilə məhkum olunan, 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.
Qardağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ-dən 0, 520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.