Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti sabah səhər saatlarından qısa müddətə məhdudlaşdırılacaq.
Bu barədə Unikal.org-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur.
"AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib.