Dünyanın ən varlı adamı olan "Amazon"un yaradıcısı Ceff Bezos 10 milyard dollarından keçib.
Unikal.org xəbər verir ki, iş adamı təbiətin qorunması üçün bu addımı atıb. 56 yaşlı milyarder "Fond-Yer kürəsi" yaratmağa hazırlaşdığını bildirib.
Bunun üçün o, öz şəxsi büdcəsindən istifadə edəcək. O, bu sahədə təhsilin inkişafına və iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə maddi dəstək olacaq. Ceff hər şeyi xilas etməyin hələ gec olmadığını söyləyib:
"Yer kürəsi - bizim hamımızı birləşdirən amildir. Gəlin, onu qoruyaq".