Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr pilləsində təhsil alan tələbələri istehsalat təcrübəsinə başlayıblar.
Unikal.org xəbər verir ki, Universitetdən verilən xəbərdə bildirilir ki, 2019/2020-ci tədris ilində 238 tələbə ölkəiçi istehsalat təcrübəsindən faydalanacaq.
Müvafiq müəssisələrlə qarşılıqlı razılaşmaya əsasən ATMU tələbələrindən 228 nəfəri Bakıda, 10 nəfəri isə Sumqayıt, Ağdaş , Zərdab, Sabirabad, Bərdə, Goranboy və digər bölgələrdə artıq istehsalat təcrübəsinə başlayıblar. Bakalavr tələbələrinin peşəkar vərdişlərə yiyələnmələrinə istiqamətlənən istehsalat təcrübəsi fevralın 17-dən may ayının 25-dək davam edəcək.