Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə  Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü( yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.