Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.

Unikal.org xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib və hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.