Ağdamda kafedə bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işləyən Kərimov Murad Malik oğlu kafeyə gələn rayon sakini Rahib Qasımov tərəfindən bıçaqlanıb.
Yaralı M. Kərimov Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.
Hadisəni törədən R.Qasımov Ağdam polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla araşdırma aparılır.