Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd Qiyas Sadıqovun müraciətinə baxılıb.
Unikal.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 1 seçki (28 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.