Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin müraciətinə baxılıb.
Unikal.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:
“Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, bu dairənin lider namizədi Zahid Orucdur.