Qubadlı rayon İcra Hakimiyyətində “2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilib.
Unikal.org xəbər verir ki, hesabat yığıncağında Qubadlı icra başçısı Malik İsaqov, Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibatı ərazi dairəsi üzrə nümayəndələr, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Malik İsaqov bildirib ki, əvvəlki illərdə olduğu kimi ötən il ərzində də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.
Hazırki vəziyyətə görə rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır.
Hesabat dövrü ərzində Qubadlı sakinlərinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib.
Rayon İcra hakimiyyəti başçısının müxtəlif yerlərdə keçirdiyi qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlər həll olunub.
Hesabat yığıncağının gündəliyində duran məsələnin müzakirəsindən sonra tədbir iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.