"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.
Unikal.org xəbər verir ki, Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.
Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısı idi.