Fevralın 25-də 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaqdır.
Unikal.org “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, fasilələrin yaranmasına səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işlərinin aparılmasıdır.