Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman bir ədəd “Glock-19” markalı tapança, iki ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə
cinayət işi başlanılıb.
T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.