Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti saat 17:00-a olan faktiki hava şəraitini açıqlayıb.
Unikal.org-a daxil olan açıqlamada deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb."
17:49 (yenilənib)
***
14:25 (əvvəl)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti saat 13:00-a olan faktiki hava şəraitini açıqlayıb.
Unikal.org-a daxil olan açıqlamada deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 25-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb".