Nəsimi rayonu, C.Səlimov 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-dən Unikal.org-a daxil olan məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 ədəd qovaq ağacı və 2 ədəd lüqustr kolunun kəsildiyi məlum olub.
Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin qeyd edib ki, ağac və kolların ərazidə “Casbak-Trade” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə oluması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.