Son günlər sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də bütün ölkədə narahatlıq yaradıb.
Unikal.org REAL TV-yə istinadən xəbər verir ki, səsləri sosial şəbəkələrdə yayılan Lənkəran Şəhər sakini Seymur Fətullyev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov bildirdir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat ediblər və bu ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmayağa başlayıb.
Xəstəxananın baş həkiminin müavini bildirdi ki, koronavirusla bağlı xəstəxanaya müraciət qeydə alınmayıb.
Həkimin dediklərində də aydın oldu ki, narahatlığa ciddi bir əsas yoxdur. Valideynlər övladlarını rahatlıqla məktəbə yollaya bilərlər.