Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.
Unikal.org-un məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
İ.Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.