Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.