Masallı rayon sakini aralarında yaranan mübahisə zəminində əmisini və onun oğlunu güllələyərək qətlə yetirib. 

Unikal.org-un məlumata görə, rayonun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi - Şəmsəddin Fərhad oğlu Kərimovu və onun oğlu, Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə vuraraq qətlə yetirib. 

Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

*** 14:43

Yardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eçara kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir. 

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.