"Ermənistan rəhbərliyi öz ölkəsini aktiv şəkildə silahlandırır"
12:38 08-11-2012
SİYASƏT
"Ermənistan rəhbərliyi öz ölkəsini aktiv şəkildə silahlandırır"
"Bu il Ermənistan büdcəsinin 2,2 milyard dollar təşkil edib, eyni zamanda Ermənistan büdcsinin kəsiri 326,5 milyon dollar, yəni ümumi büdcənin 14,5 faizi həcmində olacaq.
Buna rəğmən büdcədə hərbi xərclərin həcmi 17 faizdir, Bu il Azərbaycanda analoji rəqəm 8,1 faiz təşkil edib. 2013-cü il üçün plana uyğun olaraq Ermənistan hərbi məqsədlər üçün 450 milyon dollar, büdcənin xərclər hissəsinin 16 faizindən çoxunu sərf etmək niyyətindədir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu rəqəm yalnız 7,7 faizdir". Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.
Azərbaycan və Ermənistanın büdcələrində hərbi xərclərin faiz çəkisini müqayisə edən PA təmsilçisi qeyd edib ki, Ermənistanın göstəriciləri Azərbaycanın göstəricilərini ən azı iki dəfə üstələyir: "Bu, Ermənistanda silahlanma səviyyəsinin açıq-aşkar nümayişidir. Bütün bunlar hakim elitanın öz hakimiyyətini cəmiyyətə təzyiq etmək və Azərbaycan-Ermənistan münaqişəsi ətrafında spekulyasiyalar hesabına qoruduğu ölkədəki fəlakətli sosial-iqtisadi vəziyyət fonunda baş verir. 2009-cu ildə Ermənistan iqtisadiyyatı dağılan zaman zərər ikirəqəmli ədədə ifadə olunurdu, bir il sonra Ermənistan hakimiyyətinin təqdim etdiyi inkişaf göstəriciləri isə bir il əvvəl ilə müqayisə əsasında hazırlanıb və bir rəqəmlə ifadə olunur. Yəni, Ermənistan iqtisadiyyatı hələ böhrandan əvvəlki dövr səviyyəsində bərpa olunmayıb. Ermənistan-Azərbaycan münaqişəsində status-kvo vəziyyətini qorumağa cəhd edən Ermənistan iqtidarı təkcə ölkədə sosial-iqtisadi vəziyyəti daha da dərinləşdirmir, gəncliyi gələcəkdən məhrum etmir, həm də regionda sülh və stabilliyin bərqərar olmasında maraqlı olmadığını nümayiş etdirmiş olur. Beləliklə, Ermənistan hakimiyyətinin guya regionda sülh və təhlükəsizliyə can atmaq barədə bütün bəyanatları dövlətin silahlanması, həmçinin Ermənistan prezidentinin ksenofobiya xarakterli bəyanatları fonunda kartdan düzəldilmiş ev kimi uçub dağılır".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35