Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının prezidenti sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.