Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Prezident Administrasiyasında (PA) olub.
Unikal.org-un xəbərinə görə, bu barədə F.Mustafa özü məlumat yayıb.
Partiya başqanı PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüyünü bildirib:
“Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.