Səbail rayon 39-cu polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində 40 yaşlı Bakı şəhər sakini İ.Abdullayevi saxlayıblar. Sözügedən şəxs azyaşlıya qarşı cinsi təcavüzdə ittiham olunur.
Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Saxlanılan şəxs fevralın 26-da saat 13:45-də məktəbdən qayıdan 11 yaşlı qıza seksual xarakterli hərəkətlər etmək üçün hücumda günahlandırılır.
Hadisə Nizami küçəsindəki 80/84 nömrəli yaşayış binasının girişində baş verib. Uşaq möcüzə nəticəsində pedofilin əlindən xilas ola bilib.
Hazırda saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmə) ilə cinayət işi açılıb. Qeyd edək ki, sözügedən cinayətə görə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hazırda istintaq saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirakının olub-olmamasını araşdırır.