Günay Bank vətəndaşlarımızın müraciət və təkliflərini nəzərə alaraq, bahar öncəsi inanılmaz bir kampaniyaya start vermişdir. Kampaniyanın şərtlərinə görə nağdsız əməliyyatlardan mütəmadi istifadə etmək niyyətində olan şəxslər  Bankdan 3 növ - MasterCard Standard, MasterCard Gold və MasterCard Platinum ödəniş kartlarını hədiyyə alacaqlar.

Nəzərinizə çatdırırıq ki, qeyd olunan kartlar müraciət edən vətəndaşlarımızın istəklərinə, əməliyyatlardan istifadə etmə tələblərinə və bank tərəfindən təklif olunan münasib şərtlərə əsasən pulsuz təqdim olunacaqdır.

Unikal.org xəbər verir ki, müraciət edən istənilən şəxs ona təqdim olunmuş ödəniş kartına, həmin kartın əməliyyat dəyərinə və ekvivalentinə görə cədvəldə müəyyən olunmuş məbləği əlavə edərək onu hədiyyə qazanmış olur: 

kartın növü

1 illik

2 illik

3 illik

MasterCardStandard

100 AZN/USD/EUR

200 AZN/USD/EUR

300 AZN/USD/EUR

MasterCardGold

200 AZN/USD/EUR

400 AZN/USD/EUR

600 AZN/USD/EUR

MasterCardPlat i num

300 AZN/USD/EUR

600 AZN/USD/EUR

900 AZN/USD/EUR

 

Kampaniya ilə bağlı maraqlanmaq istəyənlər 1546 saylı nömrəyə zəng edərək Bankın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.