Türkiyənin Kocaeli vilayətinin Başiskele və İzmit rayonlarında oğurluq edən 5 azərbaycan vətəndaşı tutulub.
Unikal.org-un məlumatına görə, 24 fevral tarixindən mart ayının 1-dək Başiskele və İzmit rayonlarında 9 ayrı-ayrı yerdən 100 min TL dəyərində geyim əşyası oğurlayan dəstə saxlanılıb.
Başiskeledə hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı 5 Azərbaycan vətəndaşı - E.İ., N. İ, S.V., J.J., E.M. və Gürcüstan əsilli V.K. adlı şəxs tutularaq məhkəməyə aparılıb.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan araşdırma zamanı oğurluq etdikləri əşyalar götürülərək sahiblərinə geri qaytarılıb.
Kocaeli Məhkəməsinin hökmü ilə onlar həbs ediliblər.