ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.
Unikal.org xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.
Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.
"ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, FES bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı.