Əfqanıstan hərbçiləri son sutka ərzində radikal “Taliban” hərəkatının ən azı 17 döyüşçüsünü məhv edib, 11 yaraqlı yaralanıb.
Unikal.org RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib.
DİN nümayəndəsi qeyd edib ki, “Taliban” mülki şəxslərə hücumları və terror aktlarını dayandırmalıdır.
Qeyd edək ki, son sutka ərzində “Taliban”ın hücumlarını dəf edərkən Əfqanıstan təhlükəsizlik qüvvələrinin 24 əməkdaşı həlak olub.