Türkiyədə ümrə ziyarətindən qayıdan zəvvar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, Sakarya şəhərində zəvvar ölkəyə qayıdanda öskürməyə başlayıb. Bundan sonra o xəstəxanaya müraciət etməli olub. Qan nümunələri götürülən xəstə nəzarət altında saxlanılır. Bölgə Səhiyyə İdarəsinin müdiri Əziz Öğütlü bildirib ki, xəstə 3 aydır öskürürmüş. Qan nəticələri bilinəndən sonra Səhiyyə Nazirliyinə məlumat veriləcək. Bu zamana kimi götürülən nəticələr neqativ çıxıb.