İstanbulda avtobusda gedərkən bir qadına təcavüz etmək istəyən şəxs döyülüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtobusda ayaq üstə dayanan qadın arxasında dayanan şəxsin ona əli ilə təcavüz etmək istədiyini anladıqda qışqırmağa başlayıb. Həmin şəxs digər sərnişinlər tərəfindən qadından uzaqlaşdırılıb. 

Avtobus növbəti dayanacaqda dayananda qaçmağa çalışan şübhəli şəxsi sərnişinlər yaxalayaraq döyüblər. Təcavüzə məruz qaldığını iddia edən qadın isə şübhəli şəxsdən şikayətçi olmayıb və digər sərnişinlər hadisə yerindən uzaqlaşdıqda o, sərbəst buraxılıb.