Belçikalı maniken Marisa Papenin polis tərəfindən yaxalanması qərarı çıxarılıb.
Unikal.org xəbər verir ki, buna səbəb məşhur manikenin Aya Sofya muzeyində geyimini qaldıraraq çılpaq poz verməsi olub. Qüds və Misirdə də eyni səbəbdən saxlanıldıqdan sonra pul cəzası ilə sərbəst buraxılan Marisa Papen eyni zamanda Kapadokya, Eminönü və Boğazda da çılpaq fotolar çəkdirib.