Gədəbəy rayon Kəsəmən kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq 3500 manat pulunu oğurladığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib.
Dindirilmə zamanı o, oğruluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa istintaq zamanı Ç.Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.