İtaliyada yeni tipli koronavirusdan (Covid-2019) ölənlərin son sayı açıqlanıb.
Unikal.org xəbər verir ki, artıq ölkədə 107 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Ötən gün ölü sayısı 79 nəfər olaraq açıqlanmışdı. Xəstəliyə yoluxanların sayı isə 2706-a çatıb.
Məlumata görə, bu dəhşətli virusa yoluxduqdan sonra sağalanlar 276 nəfər təşkil edir. Qeyd edək ki, İtaliyada məktəblər və universitetlərdə dərslər 15 mart tarixinə qədər dayandırılıb.