Çində koronavirus qurbanlarının sayı artıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Məlumata görə, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 565, bu virus səbəbindən ölənlər isə 3 min 15 nəfərə çatıb.  

Ötən sutka ərzində 139 yoluxma, 31 ölüm faktı qeydə alınıb.

İndiyədək 52 min 109 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 5 min 952 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 32 min 870 nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 78 ölkədə 12 mindən çox yoluxma, 214 ölüm faktı qeydə alınıb.