İdlibdə Rusiya döyüş təyyarələri, "Bahar Qalxanı" əməliyyatı gedən bölgəyə daxil olub və bu zaman Türkiyə "F-16" qırıcıları havaya qalxıb.

Unikal.org xəbər verir ki, bölgədə bir müddət uçuş həyata keçirən rus qırıcıları Türkiyə "F-16" havaya qalxdıqdan sonra ərazidən uzaqlaşmaya başlayıb.

Bununla da iki ölkənin qırıcıları arasında gərginlik sona çatıb.