Perulu diplomat və BMT-nin keçmiş baş katibi Havyer Peres de Kuelyar 100 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə onun oğlu Fransisko Peres de Kuelyar məlumat yayıb.
Dəfn mərasimi şənbə günü Limadakı Presbítero Maestro qəbiristanlığında keçiriləcək.
Peres de Kuelyar 1920-ci il yanvarın 19-da anadan olub.
O, 1982-1991-ci illərdə BMT-nin baş katibi postunu tutub.