Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşmək üçün yola düşüb.
Unikal.org xəbər verir ki, Rusiyaya üç çanta və bir qırmızı "papka" ilə gedən Ərdoğan, Putinlə müzakirəyə "İdlibdə atəşkəs" üçün oturacaq və Bəşər Əsəd rejimi qanunsuz əməllərdən əl çəkməyə çağırış edəcək.
Qeyd edək ki, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Berat Albayrak, MİT sədri Hakan Fidan və digər vəzifəli şəxslər müşahidə edəcək.