İraqda koronavirusdan ölənlərin sayı üç nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bunu İraqın Səhiyyə və Ətraf Mühit Nazirliyinin sözçüsü Seyf əl-Bədir bildirib.
O, yaydığı yazılı açıqlamada qeyd edib ki, Bağdadda COVID-19 virusuna yoluxan 65 yaşlı kişi ölüb.
Ümumiyyətlə, İraqda koronavirusdan ilk ölüm hadisəsi Süleymaniyyə şəhərində qeydə alınıb. Daha sonra Bağdadda virusa yoluxan bir qadın dünyasını dəyişib.