Rusiyada daha bir nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, yoluxan şəxs İtaliya vətəndaşıdır.

O, ölkəyə fevralın 29-da gəlib. Martın 2-də isə kəskin respirator virus infeksiyası simptomlarına görə həkimə müraciət edib. Xəstənin hansı şəhərdə olması barədə məlumat verilmir.

Bu da Rusiyada koronavirusa yoluxma faktının qeydə alındığı 7-ci haldır.