Türkiyənin Amasiya ərazisində illərdir axtarışda olan şəxsin cəsədi tapılıb.  

Unikal.org məlumat verir ki,Əhməd Suclu adlı şəxsin ailəsi 2012-ci ildə polis şöbəsinə gedərək övladının itkin düşməsi barədə xəbər verib.  Axtarış əməliyyat sisteminə keçən polis işçiləri uzun müddət şəxsin axtarışında olub. 

Belə ki, 8 il sonra xüsusi polis araşdırma qrupu Amasiyanın Bağlarüstü kəndində itən gəncin cəsədini tapıb. 

Qeyd edək ki, ilkin dindirilmə zamanı Əhməd Suclunun atası cinayəti törətdiyini etiraf edib. O bildirib ki, oğlu hər dəfə evdə anası ilə etdiyi davalar və anasını döyməsi onu bu cinayəti törətməyə vadar edib. Oğlunu öldürdükdən sonra ata onu kənd məzarlığında dəfn edib. Cinayətin üstünü örtmək üçün polisə itkin düməsi barədə yalnış məlumat verib.

 İllərdir bu cinayətə göz yuman Suclu ailəsi  polis şöbəsinə cəlb olunub.