Bəzi cütlüklər toylarının unudulmaz olması üçün qonaqları əyləndirmək üçün müxtəlif ideyalar fikirləşib həyata keçirirlər, lakin bu dəfə toyda edilən sürpriz hər kəsi təəccübləndirib.

Unikal.org xəbər verir ki, Ameriklı Mendl Veinstok 5 il öncə bacısına "Sənin toyuna lama gətirəcəm" demişdi və o zaman onların hər ikisi bu sözü zarafat kimi qəbul etmişdilər. Mendl isə illər öncə verdiyi sözü yerinə yetirmək qərarına gəlib və bacısının toyuna kostyum geyindirilmiş lama ilə gələrək hər kəsi təəccübləndirməyi bacarıb.

5 il öncə edilmiş zarafat Mendla 450 dollara (765 manat) başa gəlib. Mendl, bacısı və toya gətirilən lamanın birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb. Bu şəkil sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub və paylaşıma 156 min bəyənmə, 3,6 min rəy yazılıb.