İstanbulda restoranda silahlı insident yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddialara görə, gecə saatlarında restoranlardan birinə iki nəfər daxil olub və şorba sifariş ediblər. Yeməklərini yedikdən sonra isə onlar hesabı ödəməkdən imtina ediblər.

İlk öncə ofisinatlarla hesab ödəmək istəməyən müştərilər arasında mübahisə yaranıb, daha sonra isə müştərilərdən biri silahı ilə ofisianta və ətrafa atəş açıb. Gülləsi bitdikdən sonra yaxalanan şübhəli şəxs polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.