Çinin Uhan şəhərində ortaya çıxan və qarşısı alınmaz vəziyyətə çatan yeni tipli koronavirus (Covid-2019) insanları qorxuya salmağa davam edir.

Unikal.org xəbər verir ki, qatil virus artıq Avropada da yayılıb. Bu dəhşətli virusdan qorunmağa çalışan ingilislərin görüntüləri sosial şəbəkələrə düşüb. Kimisi qorxudan başına plastik qab və ya qutu taxır, kimisi isə qaz maskasından istifadə edir.

Qeyd edək ki, dünyada koronavirus 90 mindən çox insana yoluxub. Bu səbəbdən ölənlərin sayı isə 3 mindən çoxdur.